BolgeXeber.Com » Xəbərlər » Bakıda daha bir faciə: ana və uşaq doğuşda öldü

Bakıda daha bir faciə: ana və uşaq doğuşda öldü

1-09-2015, 18:43
Oxunub: 2 975 Bakıda daha bir faciə: ana və uşaq doğuşda öldüBakıda doğuş zamanı ana və uşaq ölümü baş verib

Hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.
Bolgexeber.com