BolgeXeber.Com » Xəbərlər » AVP-nin Mərkəzi Şurasının iclası keçirilib

AVP-nin Mərkəzi Şurasının iclası keçirilib

2-09-2015, 10:29
Oxunub: 2 743 AVP-nin  Mərkəzi Şurasının iclası keçirilib01 sentyabr 2015-ci il tarixində Ana Vətən Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir

İclasda 01 noyabr 2015-ci ilə təyin olunmuş V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunmuşdur. Partiyanın rayon (şəhər) təşkilatları tərəfindən təklif olunmuş 71 nəfərin namizədliyi müzakirə olunmuş və 22 nəfərin namizədliyi birmandatlı seçki dairələri üzrə təsdiq olunmuşdur.İclasın qərarına əsasən, Partiyanın Mərkəzi Seçki Qərargahı tərəfindən təqdim olunmuş 12 nəfər səlahiyyətli nümayəndə və 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təsdiq edilmişdir.Iclasda həmçinin, Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq görüləcək işlərə dair partiya strukturlarına müvafiq tapşırıqlar verilmişdir.

Bolgexeber.com