BolgeXeber.Com » Analitika » 8 ayda 50 hərbçimizi itirmişik

8 ayda 50 hərbçimizi itirmişik

2-09-2015, 15:41
Oxunub: 2 661 8 ayda 50 hərbçimizi itirmişik2015-ci ilin 8 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 50 hərbi qulluqçu dünyasını dəyişib

Onlardan 21-i döyüş (18-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 29 nəfəri isə qeyri-döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə əsasən bildirib.
Bundan əlavə, 8 nəfər intihar edib, 8 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, 2 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 44-ü Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusudur.
Ötən dövrdə 10 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. 7 hərbi qulluqçu erməni gülləsindən, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər. Xəzər Hərbi Tədqiqatlar İnstitutu itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada ekspert Cəsur Məmmədov (Sümərənli) tərəfindən yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.(azadliq.info)