BolgeXeber.Com » Bölgə » İmişli rayonunda Təhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirilib-FOTO

İmişli rayonunda Təhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirilib-FOTO

2-09-2015, 16:50
Oxunub: 4 953 İmişli rayonunda Təhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirilib-FOTOİmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai , 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar,15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir

Hazırda ümumitəhsil məktəblərində təhsil alan 15 min nəfərə qədər şagirdin təlim-tərbiyəsi ilə 1690 müəllim məşğul olur. Onlardan da, 1295 nəfəri ali, 365 nəfəri orta ixtisas, 30 nəfəri isə ümumi orta təhsillidir. Rayon üzrə müəllimlərin 1050 nəfərini və ya 62 faizini qadınlar təşkil edir. Hazırda rayon üzrə 62 məktəbdən 30-u internet şəbəkəsinə qoşulmuşdur. Ümumtəhsil məktəblərində olan kompyüterlərin ümumi sayı 591 ədəddir.
Rayon üzrə 62 ümumtəhsil məktəbində 1690 nəfər müəllim çalışır ki, onlardan da, hal-hazıradək 8 nəfəri “Əməkdar müəllim” fəxri adına, 6 nəfəri “Tərəqqi” medalına, 15 nəfəri isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələri barədə

- 2014-2015-ci tədris ilində rayon üzrə tam orta təhsilini başa vurmuş 1196 nəfər məzundan480 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd vermiş, onlardan da 257 nəfəri və ya 54 faizi tələbə adını qazanmışdır. Bu göstərici ötən tədris ilindən 43 nəfər çoxdur. Ümumiyyətlə, 2015-cü ildə rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə qəbul olanların sayıəvvəlki illərin məzunları ilə birlikdə 301 nəfər olmuşdur ki, bu da ötən ildən 45 nəfər çoxdur. Rayon üzrə ən çox 82 nəfər III ixtisas qrupuna və ən az 21 nəfər IV ixtisas qrupuna qəbul olmuşdur.
- Qəbul imtahanlarında iştirak etmiş abituriyentlərimizdən 22 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Müqayisə üçün qeyd edək ki, ötən tədris ilində 600 bal toplamış abituriyentlərin sayı 7 nəfər olmuşdur. Həmçinin, imtahanlarda 1 abituriyentimiz - İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Məhərrəmova Həmidə Qabil qızı daha yüksək nəticə göstərərək 664 bal toplamaqla Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
- Müxtəlif ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında İmişli şəhər 1 saylı-27 nəfər, şəhər 5 saylı-25 nəfər, şəhər 3 saylı-13 nəfər, şəhər 7 saylı-16 nəfər, şəhər 8 saylı-13 nəfər, eləcə də, kənd məktəblərindən N.Abışov adına Qaralar-12 nəfər, Əliqulular-9 nəfər, Otuziki-8 nəfər, Axıcanlı-7 nəfər, Muradxanlı-6 nəfər, Qaravəlli-6 nəfər, Ağaməmmədli-5 nəfər və Bəcirəvan-7 nəfər olmaqla daha çox fərqlənmişlər.

16 iyun 2015-ci il tarixdə IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri haqqında

Buraxılış siniflərində şagirdlər iki fəndən , ana dili və riyaziyyatdan hər biri 30 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmışlar. IX siniflər üzrə imtahanlada iştirak etmiş 1190 nəfərdən 517 nəfəri və ya 43 faizi müvəffəq qiymətlər almışdır. Aparılan təhlillər zamanı İmişli şəhər 1, 3 və 5 saylı, eləcə də Ağaməmmədli, Çahar və Şahverili məktəblərinin IX siniflərində nəticələr 60-90 faiz arasında olmuşdur.
XI siniflər üzrə buraxılış imtahanlarında 2014-2015-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən edilmiş dəyişikliyə əsasən şagirdlər hər biri 30 sual olmaqla Azərbaycan dili, riyaziyyat və ana dili fənnindən ümimilikdə 90 sualı cavablandırmışlar. İmtahanlarda iştirak etmiş 1196 nəfərdən 598 nəfəri və ya 50 faizi bütün fənlərdən müsbət qiymətlər almışdır. İmtahanların nəticələrinə görə daha yüksək olan İmişli şəhər 1, 3, 5, və 8 saylı , eləcə də Ağaməmmədli kənd tam orta məktəblərinin müvəffəqiyyət göstəricisi70-90 faiz arasında olmuşdur.Son illər rayonda yeni tikilmiş və əsaslı təmirolunan təhsil müssisələri haqqında.

- Son üç il ərzində rayonda 180 şagird yerlik Xoşçobanlı , 360 şagird yerlik Buludlu, 360 yerlik Sarıxanlı kənd 1 saylı, 624 şagird yerlik Cəfərli kənd 1 saylı, 192 şagird yerlik Cavadxanlı kənd tam orta məktəbləri, eləcə də, 1080 şagird yerlik İmişli şəhər 5 saylı məktəb-liseyi əsalı təmir edilərək müəllim və şagird kollektivlərinin istifadəsinə verilmişdir. Bundan əlavə, 120 şagird yerlik Cəfərli kənd 2 saylı və 180 yerlik Ölcələr kənd tam orta məktəbləri, eyni zamanda, 40 yerlik Məzrəli kənd Uşaq bağçası üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Hazırda İmişli şəhərinin mərkəzində 2 yeni 100 yerlik müasir üslubda Uşaq bağçaları üçün tədris binalarının tikintisi davam etdirilir. Bununla yanaşı 60 yerlik Əliqulular kənd Uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. Cari tədris ilində 624 şagird yerlik Məzrəli kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Bolgexeber.com
İmişli rayonunda Təhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirilib-FOTO
İmişli rayonunda Təhsil işçilərinin 2015-ci il sentyabr konfransı keçirilib-FOTO