BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda bir neçə rayonun icra başçısı dəyişdirildi-Təyinatlar

Azərbaycanda bir neçə rayonun icra başçısı dəyişdirildi-Təyinatlar

2-09-2015, 17:41
Oxunub: 2 855 Azərbaycanda bir neçə rayonun icra başçısı dəyişdirildi-TəyinatlarBakının Nizami rayonunda icra başçısı vəzifəsinə təyinat olmayıb

Azərbaycanda bir neçə rayonun icra başçısı ilə bağlı yeni sərəncamlar olub. Bolgexeber.com-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunub.

Prezidentin digər sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Eldar Əzizov Səbayel rayonuna, Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Zakir Fərəcov isə Sumqayıt şəhərinə başçı təyin edilib.Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyev tutduğu vəzifədən azad edilib.Abşeron icra başçısı Zakir Fərəcovun yerinə isə öz müavinlərindən biri gətirilib.

Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı vəzifəsi boşdur.