BolgeXeber.Com » Şou-Biznes » “Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu - FOTO

“Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu - FOTO

2-09-2015, 19:28
Oxunub: 4 753 “Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu - FOTO“Bütün çəkilişlərimiz təxirə salınıb”

“Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucov (red. “Fəlakət” obrazı ilə tanınan) İsmayıllı rayonunda çəkiliş zamanı xəstəxanalıq olub.

Bu barədə Oxu.Az-a İsmayıllı sakinləri məlumat veriblər.

Məsələ ilə bağlı “Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni Oxu.Az-a hadisəni təsdiqləyib.

O bildirib ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub:

“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər aktyora ilkin tibbi yardım göstəriblər, daha sonra o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb”.

İlkin Həsəni qeyd edib ki, hazırda “Fəlakət” paytaxtda özəl klinikaların birindədir:

“Həkimlər onu müayinə edirlər. Müayinədən sona məlum olacaq ki, nəyə görə “pristup” tutub, xəstəliyin diaqnozu bilinəcək”.

İ.Həsəninin sözlərinə görə, hazırda hadisə ilə əlaqədar bütün çəkilişlər təxirə salınıb:

“Kinokomediyanın çəkilişlərinin bitməsinə iki-üç gün qalmasına baxmayaraq hadisə ilə əlaqədar “Bozbash Pictures” paytaxta qayıdıb. Bütün çəkilişlərimiz təxirə salınıb”.
Bolgexeber.com