Şəkər xəstələrinə müjdə
27-02-2012, 17:05
Oxunub: 3 892
Diabetin müalicəsi üçün inqilab səciyyəli dərman kəşf olunub
Almaniyada çalışan türkiyəli həkimlər diabet sahəsində apardıqları araşdırmalar nəticəsində bu sahədə nəhəng sıçrayıça imza atıblar. Türkiyə-Almaniya Səhiyyə Fondunun rəhbəri doktor Yaşar Bilginin rəhbərliyi altında tədqiqat qrupu yaratdıqları inqilabi dərmanın ilk müsbət nəticələrini əldə ediblər. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verir.
Avropa İttifaqının da dəstək göstərdiyi araşdırmanın nəticələri barədə məlumat verən Bilgin bildirib ki, xəstənin yağ toxumalarından insulin hazırlayan beta-hüceyrələr alınaraq xəstənin orqanizminə iynə vasitəsilə yenidən yeridiləcək. Beləliklə də mədəaltı vəz yenidən öz funksiyasını yerinə yetirməyə başlayacaq. Bununla da insulin tələbli xəstələr yenidən normal həyat tərzi sürə biləcəklər.
Şəkər xəstələri üçün bu günə kimi iki - dərman müalicəsi və ya insulin iynəsi - müalicə metodunun olduğunu deyən Bilgin qeyd edib ki, şəkər xəstələri ömür boyunca hər gün qanda qlükozanın miqdarını ölçməli, gündə 3-4 dəfə insulin iynəsi vurmalı olurlar.
"Biz şəkər xəstələrinin öz yağ toxumalarından biokimyəvi üsulla beta hüceyrələr əldə edəcəyik. Bu hüceyrələr xəstənin öz orqanizminə məxsus olduğuna görə sonralar onlarla bağlı heç bir uyğunlaşma problemi baş verməyəcək. Araşdırmaların ilk mərhələsində yağ toxumalarından quruluşda orqanizmə ən uygun olanın beta hüceyrələr olduğunu gördük. İnsandakı yağ toxumaları yağları əritməklə bağlı yaddaşa malikdirlər. Beta hüceyrələrinə çevriləcək yağ hüceyrələri xəstənin qan damarlarına ineksiya ediləcək və mədəaltı vəzin hüceyrələri yaşamağa başlayacaqlar. Beləliklə, şəkər xəstələri ömür boyu insulinə möhtac qalmadan istədiyi şəkildə qidalanacaq, normal həyat sürəcəklər. Mədəaltı vəzi yağ toxumalarından alınan beta hüceyrələri ilə fasiləsiz olaraq təmin olunacaq", - Bilgin tədqiqatla bağlı bildirib və əlavə edib ki, düzgün qidalanmama, yağlı yeməklər və idman məşğul olmamaq xəstəliyin sürətlə yayılmasına yol açır", - o deyib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər