BolgeXeber.Com » Xəbərlər » Prokurorluqdan Göyçaydakı ölüm hadisəsi ilə bağlı açıqlama

Prokurorluqdan Göyçaydakı ölüm hadisəsi ilə bağlı açıqlama

4-09-2015, 17:50
Oxunub: 2 646 Prokurorluqdan Göyçaydakı ölüm hadisəsi ilə bağlı açıqlamaBaş Prokurorluq Göyçayda qadının su hovuzunda boğularaq ölməsi ilə bağlı açıqlama yayıb

Qurumun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon sakini Ruhiyyə İbadovanın bu gün saat 09:49-da respublikanın şimal rayonlarında baş verən zəlzələ zamanı qorxaraq özünü su quyusuna atıb orada ölməsi barədə informasiyalar dərc edilib. Bununla əlaqədar bildiririk ki, sentyabrın 4-də saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat edib. Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.