BolgeXeber.Com » Xəbərlər » Müğənnilər vergi ödəyirmi? – Açıqlama

Müğənnilər vergi ödəyirmi? – Açıqlama

5-09-2015, 12:01
Oxunub: 4 190 Müğənnilər vergi ödəyirmi? – Açıqlama“Vergilər Nazirliyindən rəsmən qeydiyyyatdan keçmişəm

Şəxsi VÖEN-im var və rüblük təyin olunan məbləği vaxtında ödəyirəm. Pulsuz oxuduğum toylara görə də vergi ödəyirəm”.
Bunu əməkdar artist Baloğlan Əşrəfov deyib. Onun sözlərinə görə, konsert və albom satışından gəlir əldə edə bilmədiyi üçün vergisini ödəmir. Əməkdar artist Nüşabə Ələsgərli “Baku.ws”nin vergi ödəməsi ilə bağlı keçirdiyi sorğuya cavab olaraq bildirib ki, hər üç aydan bir ödəniş edir və gecikməsi də olmur. Vasif Məhərrəmli isə arada gecikmələrə yol verdiyini etiraf edib: “Bu yaxınlarda 3 aylıq 2020 manat məbləğində ödəniş etmişəm”.

Rəqqasə Fatimə bu işlə mühasibi məşğul olduğu üçün verginin məbləğindən xəbərsizdir: “Mən heç vaxt vergidən yayınmamışam. Bildiyiniz kimi, mənim həm də şəxsi biznesim var. Həm toylara getdiyim üçün, həm də şəxsi biznesimə görə vergiləri vaxtında ödəyirəm”.