BolgeXeber.Com » Müsahibə-Reportaj » Prezident İlham Əliyev Misirin neft nazirini qəbul edib

Prezident İlham Əliyev Misirin neft nazirini qəbul edib

7-07-2010, 15:55
Oxunub: 6 668
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Bolgexeber" "Azer Tac" a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan Prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini qeyd edib. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Misirin neft naziri Samih Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən xoş təəssürat alıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu deyən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.