BolgeXeber.Com » Bölgə » Çingiz Qənizadənin görüşləri davam edir

Çingiz Qənizadənin görüşləri davam edir

21-10-2010, 22:15
Oxunub: 6 028
Deputatlığa namizəd seçicilərinə vəd edib ki, onların hüquqlarını ən yüksək səviyyədə qorumağa çalışacaq

80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürmüş tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadənin kençirdiyi görüşlər davam edir. Deputatlığa namizədin Seçki Qərargahının rəhbəri Mehman Səfərlinin bolgexeber.com saytına verdiyi məlumata görə, Qənizadənin növbəti görüşləri Şahverdili və Göbəktala kəndlərində gerçəkləşdirilib.

Məlumatda deyilir ki, hər iki kənddə əhalinin fəallığı ilə görüşlər keçirilib. Hər kənddə 100-150 insanın iştirakı ilə keçirilən görüşlərdə seçicilərlə geniş müzakirələr aparılıb. Bununla yanaşı, seçicilər səmimi şəkildə etirfa ediblər ki, onlar indiyə qədər bu cür ziyalı bir namizəd görməyiblər. Eyni zamanda, onlar bəyan ediblər ki, yeni parlamentdə Çingiz Qənizadəni deputat görmək istəyirlər. Buna səbəb də, onun deputat olduqdan sonra bölgənin problemlərinin həlli üçün parmalmentdə məsələ qaldıracağına və onlara yardım edəcəyinə olan inamdır.

Çingiz Qənizadə keçirdiyi görüşlərində əhaliyə söz verib ki, əgər millət vəkili seçilərsə seçicilərinin hüquqlarının qorunması və problemlərin həlli üçün parlament səviyyəsində istənilən şəkildə məsələ qaldıracaq.