BolgeXeber.Com » Xəbərlər » Sumqayıtın Sülh küçəsi 30 il əvvəlki vəziyyətinə qaytarılacaq: obyektlər tədricən söküləcək

Sumqayıtın Sülh küçəsi 30 il əvvəlki vəziyyətinə qaytarılacaq: obyektlər tədricən söküləcək

11-09-2015, 14:43
Oxunub: 4 452 Sumqayıtın Sülh küçəsi 30 il əvvəlki vəziyyətinə qaytarılacaq: obyektlər tədricən söküləcək "Bu işlər Səməd Vurğun küçəsinə kimi həyata keçiriləcək. Sonra isə Heydər Əliyev prospektində işlərə başlanılacaq."

"İstərdim ki, Sülh küçəsini tamamilə təmizləyib gözəl bir küçəyə çevirim. Sülh küçəsində 3-cü mikrorayon ərazisində "Aviakassa" deyilən ərazidən Heydər Əliyevin abidəsinə olan istiqamətdə 10-12 obyekt var. Mən istəməzdim ki, insanlara ziyan dəysin. Bunun bir formasını düşünməliyik. Yəqin bu məsələnin hansısa formasını tapacağıq və insanları qane edən şəkildə işlər həyata keçiriləcək. Bu küçə tədricən təmizlənəcək. Sülh küçəsi 30 il bundan öncə necə idisə, o formada da olacaq. Şəhərin memarlığı, gözəlliyi üçün əlimdən gələn hər bir şeyi edəcəm."
Bu sözləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov müəllimlərin sentyabr konfransında çıxışı zamanı deyib.
Z. Fərəcov qeyd edib ki, şəhərin Azərbaycan prospektində olan binaların yüksək keyfiyyətli materiallarla üzlənməsinə başlanılıb: "Bu işlər Səməd Vurğun küçəsinə kimi həyata keçiriləcək. Sonra isə Heydər Əliyev prospektində işlərə başlanılacaq."
xeberle.com