Etibar Pirverdiyev vəzifəsiz qalır - “Azərenerji” ASC ləğv olunur
12-09-2015, 12:09
Oxunub: 4 749
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tamamilə ləğv oluna bilər
Bu barədə qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.Mənbənin bildirdiyinə görə, hökumətdə “Azərenerji”nin taleyi ilə bağlı iki variant uzun müddət müzakirə mövzusu olub: “Bunlardan biri Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun özəlləşdirilməsi, digəri isə onun Energetika Nazirliyinin tabeliyinə keçirilməsi idi. “Azərenerji”nin səlahiyyətlərinin bir hissəsinin yeni yaradılan “Azərişıq”a verilməsindən sonra ilk variant arxa plana keçib. Pirverdiyevin qurumunun parlament seçkilərindən sonra start verilməsi gözlənilən islahatlar paketi çərçivəsində Energetika Nazirliyinə birləşdirilməsi böyük ölçüdə qətiləşib”.
Məlumatı verən qaynaq xatırladıb ki, bu ilin fevralında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib: “Həmin qərar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli şəkildə azaldılması mənasına gəlirdi. Bundan sonra gözlənilən odur ki, “Azərenerji” ASC-dən İstehsalat Birliyinə çevrilsin və Energetika Nazirliyinin tabeliyinə verilsin. Etibar Pirverdiyev uzun müddət rəhbərlik etdiyi qurumun güc itirməsinə qarşı müqavimət göstərib. Amma onun özü istər maliyyə, istərsə də səlahiyyət baxımından zəiflədildikdən sonra artıq bu müqaviməti davam etdirmək iqtidarında deyil. Odur ki, payızda “Azərenerji”nin Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin tabeliyinə verilməsi heç kim üçün sürpriz olmamalıdır”.
Mənbə qeyd edib ki, N. Əliyevlə E. Pirverdiyevin arasında soyuqluq olduğu kimsəyə sirr deyil: “Bir müddətdir onların arasında sərin küləklər əsir. Bu soyuqluğun yaranması isə məhz “Azərenerji”nin Energetika Nazirliyinin balansına keçirilməsi variantının ortaya çıxdığı dövrə təsadüf edir. Ona görə də “Azərenerji” Natiq Əliyevin tabeliyinə keçərsə, ASC-dən İstehsalat Birliyinə çevriləcək qurumun rəhbərinin dəyişdiriləcəyi də şübhə doğurmur. Belədə isə Etibar Pirverdiyevin işsiz qalacağını əminliklə söyləmək olar".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə