BolgeXeber.Com » Şou-Biznes » Britaniyanı “Evrovision”da qoca kişi təmsil edəcək – Foto

Britaniyanı “Evrovision”da qoca kişi təmsil edəcək – Foto

2-03-2012, 11:40
Oxunub: 5 528 Böyük Britaniya “Evrovision-2012” Mahni Müsabiqəsindəki təmsilçisini seçib.

Xarici mətbuatın məlumatına görə, bu, 76 yaşlı Enqelbert Hamperdinkdir. Bakı səhnəsində çıxış edəcək Hamperdink müsabiqə tarixində ən yaşlı iştirakçı olacaq.

Onun müsabiqədə hansı mahnını ifa edəcəyi sonradan açıqlanacaq. Amma indidən məlumdur ki, mahnını bəstəkar Saşa Skarbek prodüsser Martin Terefe ilə bir yerdə yazıb.

İştirakçıların seçimini həyata keçirən “BBC”nin yaradıcı direktoru Derek Makklin bildirib ki, Hmperdinki seçmələrində onun yaşı səbəb olmayıb: “Amma bununla yanaşı, bir neçə rekordu təzələmək çox xoşdur. Enqelbertin inanılmaz musiqi təcrübəsi var”.

Enqelbert Hamperdink 45 illik musiqi karyerası ərzində bütün dünyada 150 milyon disk satıb. Əsl adı Arnold Corc Dorsi olan Hamperdink 4 dəfə “Qremmi” mükafatının nominantı olub. O, Hollivudda və Las-Veqasda Şöhrət xiyabanında öz ulduzuna layiq görülən azsaylı musiqiçilərdəndir. Onun albomları 63 dəfə “qızıl”, daha 24 dəfə “platin” olub.