BolgeXeber.Com » Siyasət » Bolgexeber.com daha 2 dairədə favoritləri müəyyənləşdirdi

Bolgexeber.com daha 2 dairədə favoritləri müəyyənləşdirdi

21-10-2010, 22:20
Oxunub: 6 237 71 saylı dairədə Əliməmməd Nuriyev və 105 saylı dairədə isə Qənirə Paşayeva birinci oldular

Xəbər verdiyimiz kimi, Bolgexeber.com saytı ayrı-ayrı secki dairələrində sorgu kecirərək, secicilərin hansı namizədi dəstəklədiyini müəyyən etməkdə davam edir. Bu dəfə saytımızın əməkdaşları 71 saylı Masallı kənd və 105 saylı Tovuz və seçki darirələrində aparıcı namizədləri müəyyənləşdirməyə çalışıb.

71 saylı Masallı kənd seçki dairəsi.

Qeyd edək ki, 71 saylı Masallı kənd seçki dairəsində Babaser, Bədəlan və Kolatan kəndlərində keçirdiyimiz sorğularda 200-dən artıq şəxs iştirak edib. Həmin sorğularda iştirak edən respondentlərin 59 faizi deputatlığa namizəd Əliməmməd Nuriyevi deputat olaraq gördüklərini açıqlayıblar.

105 saylı Tovuz seçki dairəsi.

Nəzərinizə çatdıraq ki, bolgexeber.com saytı həmçinin 105 saylı Tovuz seçki dairəsində də əhalinin rəyini öyrənməyə nail olub. Əməkdaşlarımızın bu dairədə keçirdiyi sorğu əsasən Qovlar qəsəbəsi, Abulbəyli və Bozalqanlı kəndlərinin seçicilərinin 71 faizi Qənirə Paşayevanı yenidən deputat görmək istədiklərini açıqlayıblar.