BolgeXeber.Com » Siyasət » Zahid Oruc YAP-a təşəkkür etdi

Zahid Oruc YAP-a təşəkkür etdi

17-09-2015, 17:01
Oxunub: 2 934 Zahid Oruc YAP-a təşəkkür etdiAzərbaycanda keçiriləcək parlament seçkilərində yenidən bitərəf namizəd kimi iştiraka qərar verən Milli Məclisin üzvü Zahid Oruc Yeni Azərbaycan Partiyasına (YAP) təşəkkür edib

Bolgexeber.com
APA-ya istinadən xəbər verir ki, Z.Oruc açıqlamasında bildirib ki, YAP-ın namizədini vermədiyi 8 dairədən biri məhz onun namizəd olduğu 94 saylı Bərdə kənd seçki dairəsidir: "Hakim partiya məhz mənə dəstək olaraq bu dairədən namizəd irəli sürməyib".

Z. Oruc qeyd edib ki, seçkilərdə YAP ona hər zaman dəstək verir: “Bu, bizim üçün çox böyük siyasi dəstək, mənim ulu öndər Heydər Əliyev kursuna sadiq olmağına hakim partiya tərəfindən verilən qiymətdir. Buna görə YAP-ın bütün üzvlərinə və rəhbərliyinə təşəkkür edirəm”.