BolgeXeber.Com » Siyasət » Rusiya altı aydan sonra parçalanacaq – İddia

Rusiya altı aydan sonra parçalanacaq – İddia

19-09-2015, 12:46
Oxunub: 3 582 Rusiya altı aydan sonra parçalanacaq – İddiaRusiya Suriyaya öz qoşunlarını göndərərək, bütün dünyaya özünün yerdə qalan hərbi gücünü nümayiş etdirməyə çalışır

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Konstantin Matvienko Ukrayna mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı savaşda da uduzacaq:

“Əslində, bu dəqiqə əsil savaş Ukrayna uğrunda gedir. Putin dünyaya özünün yerdə qalan hərbi gücünü göstərməyə çalışır. Onun fikrincə, dünya artıq Kreml qarşısında diz çökməlidir. Əgər bu, Suriyada baş tutmasa, heç olmasa Ukraynada gerçəkləşməlidir. Biz başa düşürük ki, bu avantüradır. Sanksiyaların davam etməsi Rusiya iqtisadiyyatını diz çökdürüb. İmperiya anidən parçalanır. Bu baxımdan çox güman ki, Rusiyanın heç yarım ili də qalmayıb”.
Bolgexeber.com