Deputatlığa namizəd Rüfət Quliyevin xarici səfərləti haqda-Foto
23-10-2010, 16:10
Oxunub: 7 666
Rüfət Quliyev 2005-ci ildə III çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.
Onun deputatlıq fəaliyyətində prioritet istiqamətlərindən biri də Azərbaycanı xarici ölkələrdə təmsil etmək olmuşdur.
O, Azərbaycan-Hindistan, Azərbaycan-İtaliya, Azərbaycan-Ukrayna, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Rüfət Quliyev ölkə Prezidenti cənab İlham Əliyevin Çinə, Yaponiyaya, Latviyaya, Birləşmiş Ərəb Əmrliklərinə, Macarıstana, Cənubi Koreyaya, Litvaya səfərləri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmuş, keçirilən konfrans və tədbirlərdə fəal iştirak etmişdir.
Bundan əlavə Rüfət Quliyev deputatlıq müddətində müxtəlif təyinatlı 21-xarici səfərdə olmuşdur. Özünəməxsus şəxsi keyfiyyətləri və ingilis dilini sərbəst bilməsi onun xarici ölkə nümüyəndələri ilə ğörüşlər zamanı asanlıqla ünsiyyət yaratmasına və onlara Azərbaycan həqiqətlərinin obyektiv çatdırılmasına imkan vermişdir.
O, Türkmənistanda, Gürcüstanda, Moldovada, Tacikıstanda, Ukraynada, Kırqızıstanda MDB məkanında keçirilən prezident və parlament seçkilərinin əksəriyyətində MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi qismində iştirak etmişdir.
Həmçinin O, Parlament xətti ilə İtaliyada, Rusiyada, Cənubi Koreyada, Yunanıstanda və digər xarici ölkələrdə səfərlərdə olmuşdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə