BolgeXeber.Com » Analitika » Rauf Həbibovun evindən bir "Qazel" finlandiya arağı çıxarıldı

Rauf Həbibovun evindən bir "Qazel" finlandiya arağı çıxarıldı

6-03-2012, 22:35
Oxunub: 5 740 Qubanın keçmiş icra başçısı Rauf Həbibovun yandırılan villasının zirzəmisindən martın 6-i səhər saatlarında bir "Qazel" bahalı Finlandiya arağı müsadirə olunub.

İçki düşkünü kimi tanınan icra başçısının zirzəmisindən müsadirə olunan araqların sırasında məşhur Finlandiya Şərab Zavodunun istehsal etdiyi "Flavors include", "Cranberry lime", "Mango", "Red berry", "Wild berries", "Grapefruit" , "Tangerine" və "Blackcurrant" kimi araqlar olub. Araqların ən ucuzu 200, ən bahalısı isə 2000 manat dəyərindədir.