Çingiz Qənizadənin seçicilərlə görüşləri davam edir
23-10-2010, 16:30
Oxunub: 6 906
80 saylı dairədə namizədlərə təbliğat-təşviqat kampaniyasında bərabər şərait yaradılıb
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun vahid namizədi Çingiz Qənizadənin seçicilərlə görüşləri davam edir. Qeyd edək ki, hüquq müdafiəçisi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb. Namizədin seçki qərargahından verilən məlumata görə, o, artıq İmişli rayonundakı 24 kəndin 15-də görüşlər keçirib:
“Bu gün Qaravəlli, Mirili, Bəziravan və Ağcüyür kəndlərində görüşlər keçirilib. Sabah isə Ağamalılar, Allahmədətli, Telikli, Məmmədli və Əliyetməzli kəndlərində görüşlər keçirilməsi planlaşdırılıb ki, bununla da namizədin görüşləri İmişli rayonundakı 24 kənddən 20-sini əhatə etmiş olur. Görüşlər çox uğurlu alınır, seçicilər Çingiz Qənizadəyə dəstək ifadə edirlər. Görüş olmayan vaxtlarda da müxtəlif kəndlərin sakinləri dəstə-dəstə seçki qərargahına gəlir, namizədin özü ilə görüşür, onları narahat edən problemləri deyir, bu problemlərin hansı variantlarda həlli istiqamətində onun təkliflərini dinləyirlər. Gün ərzində qərargaha 50-100 adam gəlir”.
Seçki qərargahının mətbuat xidmətindən yayılan məlumatda o da bildirilir ki, dairə ərazisində yaşayan insanların ən başlıca problemi qaz və su təchizatı ilə bağlıdır.
Dairənin İmişli kəndlərində görüşlər bitdikdən sonra Ç.Qənizadə Beyləqan kəndlərində görüşlərə başlayacaq. Qeyd edək ki, Beyləqanın 16 kəndi 80 saylı dairənin ərazisinə düşür.
Onu da qeyd edək ki, 80 saylı dairədə namizədlərə təbliğat-təşviqat kampaniyasında bərabər şərait yaradılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər