BolgeXeber.Com » İqtisadiyyat » Yayda rayonlara nə qədər turist gedib?

Yayda rayonlara nə qədər turist gedib?

30-09-2015, 11:41
Oxunub: 4 131 Yayda rayonlara nə qədər turist gedib?Mədəniyyət və Turizm Nazirliyi yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayını açıqlayıb

Nazirlikdən Azvision.az-a verilən məlumata görə, aparılan təhlillər nəticəsində məlum olub ki, 2015-ci ilin 01 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib. Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür.

Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.
Aparılan araşdırmalara uyğun qeyd etmək istərdik ki, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.
Bolgexeber.com