BolgeXeber.Com » Analitika » Növbə Füzuli Ələkbərova çatdı

Növbə Füzuli Ələkbərova çatdı

10-03-2012, 10:35
Oxunub: 5 500 Nazirin adı «qara siyahılar»da birincilikdən düşmür

2011-ci ilin 3 mart-31 dekabr tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin 161 nömrəli “qaynar xətt” mərkəzinə 3578 müraciət daxil olub. Modern.az Nazirlər Kabinetinin hazırladığı illik hesabatdan həmin müraciətlərin sahələr üzrə bölgüsünü əldə edib. Məlum olub ki, Azərbaycan vətəndaşlarının ən çox şikayət etdikləri sahələr aşağıdakılardır:
Sosial müdafiə - 773
Polis - 454
Yerli icra hakimiyyəti - 307
Bələdiyyə - 201
Səhiyyə - 198
Təhsil - 182
Ədliyyə - 105
Məhkəmə - 95
Azərenerji - 95
Nəqliyyat sahəsi - 83
Gömrük - 76
Qaz təchizatı sahəsi - 72
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi - 70
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi- 70
Özəl sektor - 55
Hərbi sahə - 33
Digər sahələr - 709
Göründüyü kimi, ilk yerdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gəlir. Maraqlıdır ki, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin bundan əvvəlki siyahısında bu nazirliyin adı ilk yerdə gəlirdi. Füzuli Ələkbərovun fəaliyyətinin yarıtmaz olduğu bəllidir. Lakin Azərbaycanda bütün sahələrdə vəziyyət eynidir. Məsələn ola bilməz ki, Dövlət Gömrük Komitəsindən, Nəqliyyat Nazirliyindən və “Azərenerji”dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nisbətən daha az şikayət daxil olsun. Lakin siyahıdan göründüyü kimi bu qurumların adı son yerlərdə gəlir. Bunun səbəbi hakimiyyətdaxili ziddiyyətlərdən irəli gəlir. Ola bilər ki, hakimiyyət daxilində artıq Füzuli Ələkbərova münasibət mənfiyə doğru xeyli dəyişib. Və onun “vurulması”na hazırlıq gedir. Bu baxımdan adı bu tip “qara siyahılar”da ilk yerlərdə qeyd olunur. /Azadlıq/