BolgeXeber.Com » Gündəm » İlham İsmayılovu Neftçalada boykot etdilər

İlham İsmayılovu Neftçalada boykot etdilər

25-10-2010, 12:50
Oxunub: 6 175
Aşağı Suğra və Qardaşbəyli əhali ilə görüşdə deputatlığa namizədi kənddən qovdular

60 saylı Neftçala-Salyan seçki dairəsində qəribə hadisələr baş verir. Belə ki, həmin dairədən deputatlığa namizədliyini irəli sürmüş İlham İsmayılov Neftçala sakinləri tərəfindən açıq şəkildə boykot edilib.

Bolgexeber.com saytının TİA.AZ-a istinadən verdiyi məlumatda deyilir ki, oktyabrın 24-də ilk görüşlərinə başlayan İlham İsmayılov əvvəlcə yolunu Neftçalanın Aşağı Surra və Dadaşbəyli kəndlərindən salınıb. Xıllı kəndinin axundu ilə həmin kəndlərə gələn deputatlığa namizəd 3000 seçicisi olan Aşağı Surrada cəmi 27 nəfərdən ibarət yığıncaqla üzləşib. Bu azmış kimi, həmin yığıncaqda iştirak edən sakinlərin bir neçəsi İlham İsmayılova müraciət edərək, onu bundan sonra Neftçalanın adından danışmamağa çağırıblar. Ardından da təklif ediblər ki, dinc yolla kəndi tərk etsin. Vəziyyətin gərginləşdiyini görən İlham İsmayılov da Xıllı kəndinin axundu Hacı Əlqəmənin müşayəti altında kəndi tərk etməli olub.

Lakin İlham İsmayılov seçki qanunvericiliyini də pozmaqla məşğuldur. Belə ki, o, bütün təbliğatçılarını dindarlardan seçib. Ayrı-ayrı kəndlərin axundlarını təbliğatçı kimi istifadə etməklə qanunları pozmağa başlayıb. Çünki qanuna əsasən din xadimlərinin seçkiyə qatılması qadağandır.