BolgeXeber.Com » Siyasət » "Azərbaycan gəncliyi ölkənin inkişafında mühüm rol oynayıb"

"Azərbaycan gəncliyi ölkənin inkişafında mühüm rol oynayıb"

12-03-2012, 21:25
Oxunub: 4 559 Prezident İlham Əlyevin Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayına respublika prezidentinin müraciətində belə deyilir

Azərbaycan gəncliyi ölkənin inkişafında mühüm rol oynayıb. Bu barədə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayına respublika Prezidentinin müraciətində qeyd edilir.

“Yeni ideya və quruculuğa ruh yüksəkliyi ilə fərqlənən Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, mədəni inkişafında fəal rol oynayıb və əldə edilən nailiyyətlərə öz töhfəsini verib”, - deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oxuduğu müraciətdə İ.Əliyev bəyan edir.

Prezident öz müraciətində qeyd edir ki, Azərbaycan müstəqilliyinin bərpasından 20 il sonra milli dövlətçiliyini möhkəmləndirib, iqtisadi gücünü və siyasi nüfuzunu artırıb. “Azərbaycanın gələcəyi təhsildən, yeniliklərin tətbiqində bacarığı, vətənpərvərliyi və gənclərin milli mənəvi dəyərlərə sadiqliyindən keçir”, - deyə İ. Əliyev bildirib.

Buna görə, dövlət rəhbəri qeyd edir ki, gənclərin hərtərəfli inkişafı üçün onların sosial problemlərinin həlli, cəmiyyətdə layiqli yer tutmaları dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Gənclərin təhsilə, elmə, müasir informasiya-kommunikasiya texnologiyalarına olan marağın artması, vətənpərvərliyi və artan ictimai fəallığı gələcəyə böyük inam yaradır. Əminəm ki, bu gün Azərbaycan gənclərinin hərəkatına əlamətdar addım kimi daxil olacaq”, - deyə bəyanatda qeyd edilir.

Rusiyanın Dövlət Dumasının spikeri Serqey Narışkinin qurultay iştirakçılarına ünvanlanan müraciətində qeyd edilir ki, Azərbaycan haqlı olaraq iki ölklə arasında çoxəsirli münasibətlərin möhkəmlənməsinə yardım edən, bu gün Rusiyada yaşayan və elm, mədəniyyət, digər fəaliyyət sahələrində əhəmiyyətli uğurlara nail olan gəcləri ilə fəxr edə bilər. “Gənclər bizim dövlətlərin gələcəyi və dayağıdır. Biz sizin üçün şadıq. Xüsusilə, fərəhlidir ki, gənc nəsil sosial fəaliyyətsizliyi aradan qaldıraraq bu gün ictimai-siyasi proseslərdə fəal rol oynayır”, - deyə Rusiyanın Dövlət Dumasının sədrinin məktubunda qeyd edilir.

S.Narışkin Azərbaycan gənclərinin Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsi ilə bağlı işləri davam etdirmək iqtidarında olacağına əmin olduğunu ifadə edib.