BolgeXeber.Com » Gündəm » Əliməmməd Nuriyev Ərkivanda görüş keçirdi

Əliməmməd Nuriyev Ərkivanda görüş keçirdi

25-10-2010, 12:55
Oxunub: 8 570
Deputatlığa namizəd kənd əhalisiylə problemlər barədə danışıb

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Əliməmməd Nuriyev dünən Ərkivan kəndində əhali ilə görüş keçirib. Nuriyevin Seçki Qərargahından bolgexeber.com saytına verilən məlumata görə, görüşdə xeyli sayda adam iştirak edib. Əsasən kənd ağsaqqalları və gənclərin iştirakı ilə keçirilən görüşdə bir sıra məsələlərdən danışılıb.

Əhalinin üzləşdiyi problemlərdən xəbərdar olduğunu deyən Əliməmməd Nuriyev onlara çatdırıb ki, deputat seçiləcəyi təqdirdə bu məsələlərlə bağlı parlamentdə vaxtaşırı təşəbbüslərlə çıxış edəcək. O deyib ki, qanunvericilik sahəsində mümkün olan bütün addımların atılması ilə yanaşı, insanların yaşayış səviyyəsini artırmaq istiqamətində də xeyli işlərin görülməsinə gərək var. Elə buna görə də, parlamentdə Ərkivan və digər kəndlərin problemlərini qaldırmaqla onlara yardımçı olmaq mümkündür.