BolgeXeber.Com » Dünya » Polad Ələmdar diplomat oldu - Fotolar

Polad Ələmdar diplomat oldu - Fotolar

15-03-2012, 11:40
Oxunub: 6 093 Məşhur serial qəhrəmanına böyük etimad

“Kurtlar Vadisi” serialının “Polad Alemdar”ı Necati Şaşmaz Kuzey Kıprıs Türk Cümhuriyyətinin (KKTC) “Fəxri mədəniyyət və turizm attaşesi” oldu. Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, KKTC-nin baş naziri İrsen Küçük, Necati Şaşmaz ilə bərabər onun heyətini Başbakanlıqda qəbul edib. N. Şaşmaza türkcə və ingiliscə hazırlanan fəxri attaşe sənədləri verilib.

N. Şaşmaz fəxri vəzifəyə layiq görüldüyü üçün təşəkkür edib, bu mühüm vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcəyini söyləyib. Aldığı mükafatlarla həm Kipr, həm də Türkiyəyə faydalı olmağa calışacağını deyib.

N. Şaşmaz səfəri çərçivəsində KKTC-nin qurucusu, mərhum Rauf Denktaşın oğlu Demokrat Partiyasının sədri Serdar Denktaşa başsağlığına gedib.