BolgeXeber.Com » Xəbərlər » Dəhşət: Nazirin sözü keçmirmiş... - Əmr geri oxunub

Dəhşət: Nazirin sözü keçmirmiş... - Əmr geri oxunub

9-10-2015, 12:02
Oxunub: 4 822 Dəhşət: Nazirin sözü keçmirmiş... - Əmr geri oxunubÖtən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri mətbuata açıqlama verdi ki, nazirlik sistemindən rüşvəti yığışdıra bilmir

Açığı mətbuatın tirajladığı bu fikirlərə ölkə əhalisinin 99%-nin inanması çətin idi. Necə yəni nazir sistemdən rüşvəti yığışdıra bilmir-fikirləri təkrar mətbuatda müzakirə olundu.
Faktinfo.az saytına zəng edib, məlumat verən mənbənin bildirdiyinə görə hardasa ƏƏSM naziri Səlim Müslümov konkret xəttdən kənar rüşvətin alınmaması ilə bacara bilmir. Prezident adminstrasiyasına, ölkə prezidentinə, Heydər Əliyev Fondunun prezidentinə Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin struktur vahidliyindən kifayət qədər şikayət olunur. Çıxılmaz vəziyyətdə qalan nazir hazırda müəyyən mənada bacara bilmədiyini etiraf etməyə başlayır. Hətta, bir neçə qadın olan Tibbi Sosial Ekspert komissiyası sədrini işdən çıxarmaq istəsə belə bacarmayıb.
Faktinfo.az saytına zəng edib məlumat verən mənbə onu da bildirir ki, Səlim Müslümov şikayətlərin çox olduğu ünvanlardan biri – 29 saylı Şəmkir, Gədəbəy rayonları üzrə TSEK sədri Gülnarə Nəbiyevanı işdən çıxarıb. Onun yerinə Gəncə 25 saylı TSEK-də cərrah həkim işləyən Elxan Rüstəmovu təyin etmək istəyib. Bu səbəblə Elxan Rüstəmovu şəxsən nazir Səlim Müslümov özü qəbul edib onun əmrini verib. Son anda Gülnarə Nəbiyeva əmri geri oxutdurub.
Məlumat üçün onu da bildirək ki, bu gün TSEK-lərdə vəziyyət biabrçı bir şəkildə təzahür edir. TSEK sədrləri bir çox hüquqa zidd əməllərə imza atırlar. Məsələn: TSEK-in həkim məsləhət komissiyalarında işləməli azı 6 həkimdən 1 ötsə 2 həkim işləyir. Təsəvvür edin TSEK sədrləri terapevt, cərrah, nevropatoloq və s. həkimlərin yerinə özləri qol çəkir, qərar verir. Dəhşətdi deyilmi?!
Bolgexeber.com