BolgeXeber.Com » Gündəm » Deputat çıxılmaz vəziyyətdə

Deputat çıxılmaz vəziyyətdə

26-10-2010, 03:25
Oxunub: 6 328
Elmira Axundova DSK sədrinə hər gün qonaqlıq verməklə səs alacağını düşünür

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova seçkilərdə əhalidən səs almaq əvəzinə, DSK sədrinə daha çox güvənir. Bolgexeber.com saytına daxil olan məlumatlara görə, xanım depuat bu səbəbdən də hər gün 71 saylı DSK-nın rəhbəri Rza Novruzova qonaqlıqlar verməkdədir.

Məlumatda deyilir ki, Axundova «Aynur» restoranında hər gün qonaq etdiyi komissiya sədri Rza Novruzov və onun qardaşı, Bədəlan kənd yerli icra nümayəndəsi Mərdan Novruzova qonaqlıqlar verməklə onlardan seçkilərdə səs yığmalarını istəyyir. Amma problem bununla da bitmir.

Məsələ burasıdır ki, Elmira Axundova hər yerdə onu himayə edən 3-4 nazirin olduğunu dilə gətirir. Bu seçkilərdə də qalib gələcəyini iddia edən sözügedən şəxs bundan savayı, başqa şəxslərə də güvəndiyini açıqlamaqda davam edir.

Ancaq bütün bunlara rəğmən çəkindiyi əsas rəqibi Əliməmməd Nuriyevə də qarşı bəzi addımlar atmaqdadır. Məlumatlı mənbələr bildirir ki, Elmira Axundovanın adamları artıq Nuriyevin təbliğat şəkillərini qoparmaqla məşğuldurlar. Bununla bağlı, DSK-ya edilən şikayətlər isə hələlik nəticə vermir. Yəqin, Rza Novruzov hər gün verilən qonaqlıqların əvəzini bu şəkildə çıxmaq istəyir.