BolgeXeber.Com » Müsahibə-Reportaj » Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI

Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI

10-10-2015, 14:26
Oxunub: 20 348 Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI"...Tarixdə dəyərsiz, nanəcib,amma eyni zamanda istedadlı rəssamlar az olmayıb"

Bolgexeber.com-un əməkdaşı tanınmış rəssam , Sumqayıtda ilk özəl şəkil qalereyasının- CAVAD ART GALAREYA-nın sahibi Namiq Cavadla söhbətləşib Bolgexeber.com həmin söhbəti oxuculara təqdim edir:

─ Rəssam üçün rəng dünyası nə deməkdir? Hansı rəngi xoşlayırsız hisslərinizi ifadə etmək üçün,ümumiyyətlə yaxşı və pis rəng varmı?

─ Rəssam uçün rəng onun daxilində bir alətdi. Alətin isə yaxşısı, pisi və ya istəklisi, istəksizi olmur. Sadəcə hər rəngi yerində işlətmə bacarığını özünə aşılamaq lazımdır...

─ Əvvəllər görürdük rəssamlar molbertini də şiyninə atıb birbaşa təbitəin qoynuna gedirdi ki,açıq havada rəsm çəksin.İndi nəsə belə hala az rast gəlinir.Ümumiyyətlə emalatxanada çəkilən rəsmlə açıq havada çəkilən rəsm arasında fərq varmı,buna ümumiyyətlə ehtiyac nədən yaranır?

─ Təbiət qoynuna etüdə getmek öyrəməkçün cox vaciblidir, rəssamın əlini bərkidir.Ancaq rəssam uçün emalatxana iş yeridi , molbert isə bu emalatxananın ürəyidir.Müəyyən bir mərhələdən sonra məkan və dəzgah elə də önəmli olmur.
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
─ Hər bir musiqi əsəri əhvala bir cür təsir edir.Bir düşündürür, biri ağladır,biri... Bəs rəsm əsəri əhvala necə təsir edir?Yoxsa bu tamaşaçıdan daha çox asılıdır?

─ Tamaşaçı musiqini eşidərək təsir altına düşürsə, rəsm əsərini görərək hissə qapılır.Demək olar ki heç bir fərq yoxdur.

─Rəssamı dövlət qiymətlindirməlidir ilk növbədə,yoxsa xalq?

─ Rəssam xalqın mirasıdı, sərvətidi ,ona görə də dövlət ona dəyər verməlidir.

─ Yaradıcı insanlar nəyə görə bir qayda olaraq az yatırlar?Rəssama ilham axşam gəlir ,yoxsa gündüz?

─Məncə daima nələrisə düşündüklərinə görədir bu. Ancaq “ilham axsam gəlir” deyilən bir sey yoxdu.O insana görə dəyişə bilər.

─ Bir çox rəssamlar əsərlərini sanki övladı sayır. Hətta bəzən əsər ona o qədər əziz olur ki,pula ehtiyacı olsa da satmaq istəmir.Bu baxımdan rəssamın öz ailəsini sənətə qurban verməsi nə qədər başadüşüləndir və ya düzgündür?

─ Bunu rəssamın yaratdığı hər əsərə şamil etmək olmaz. Bəzi əsərlər olur ki, ona insan canını qoyur və o zaman o əsəri özünün bir parçası kimi hiss edir.Bax o əsəri satmaq istəmirsən. Mənim aləmimdə rəssam ailəsini övladlarını sənətə qurban vermesi duzgun deyil. Allah bu sənəti sənin fitrətinə qoyubsa, o demək deyil ki, bir cox müqəddəs sayılan vəzifələri sən qurban verməlisən.

─Bədii əsəri sədəcə oxumaq olur.Bəs rəsm əsər necə" oxunur"

─ Rəsm əsəri də özünəməxsus şəkildə ,düşüncələrlə ,gözlə rahat oxuna bilir.Sadəcə bunu bacaran oxuyur.

─ Niyə insanlar muzeydə və ya evində asılmış yaxşı rəsm əsərinə illərlə baxmaqdan bezmir?

─ Rəsm əsəri bitməyən zövq mənbəyidir. İnsanın beyni hansı istiqamətdə inkişaf edirsə, düşüncələri də o yönümdə dəyişir. Buna görə də rəsm əsərindən hər dəfə zövq almaq və ya nəsə yeni bir şey tapmaq mümkündür. Yetər ki intellekti inkişaf etdirməyə çalışaq.Bu halda ətrafımızda hər dəfə yeni rəsm əsərləri görəcəyik.

─ Niyə məşhur rəssamları belə küçədə üzdən az tanıyırlar, amma Messini ,Ronaldonu az qala hamı tanıyır?

Bəzi sənətlər var ki, orda sənətkarın əsəri göz önündə olur. Sənətkarın göz önündə görünməsinə o qədər də ehtiyac olmur. Məsələn filimləri görürük, sevirik amma onun əsl yaradıcısının –rejissorunun kim olmasının fərqinə varmırıq. Rəssamlar da o cümlədən. Əsasən əsərləri insanlar ücün maraqlı olur.Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI


─ Xatirələr əsasında portret çəkmək nə dərəcədə uğurlu alına bilər?

─Təbii ki, alına bilər. Zatən naturadan işlənən portret də bir yerdə xəyali olur;göz görür, beyindən süzülüb kətana köçürüldükdə xəyali olur.

─Rəssam xatirələrini necə cizgilərlə ifadə edir?

─ Bunu demək çətindir. Çünki hər rəssamın öz dünyası, öz xatirələri var və hər kəs bunu fərqli hiss edir, fərqli təzahür edir. Hər rəssam xatirələrini fərqli, məsələn ,kimisi natürmortla,kimisi mənzərəylə ,kimisi isə portretlə ifadə edə bilər.

─ Dəyərli rəsm əsərinin müəllifinin dəyərli insan olması mütləqdirmi?

─ Əslində dəyərli insan olmaq hamı üçün mütləqdir.Bu fikir nisbi olsa belə... Qaldi ki, rəssamın dəyərli olmasına, tarixdə dəyərsiz, nanəcib,amma eyni zamanda istedadlı rəssamlar az olmayıb.
Bolgexeber.com
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLITanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI
Tanınmış rəssamla "rəngli" söhbət-MARAQLI