BolgeXeber.Com » Gündəm » Rauf Arifoğlu birinci oldu

Rauf Arifoğlu birinci oldu

26-10-2010, 03:30
Oxunub: 6 546
Gülər Əhmədova isə rəqiblərini xeyli geridə qoymağı bacarıb

Bolgexeber.com saytı daha iki dairədə keçirdiyi sorğuların nəticələrini açıqlayıb. Əməkdaşlarımızın apardığı sorğu əsasən 25 saylı Nizami ikinci və 34 saylı Xətai ikinci seçki dairələrini əhatə edib. Sorğuda 200-ə yaxın respondent iştirak edib. Respondentlərin gəldiyi qənaətlər isə kifayət qədər maraqlıdır.

25 saylı Nizami ikinci seçki dairəsi.


Sözügedən dairədə gərgin mübarizənin getdiyi bir vaxtda deputatlığa namizəd, «Yeni Müsavat» qəzetinin rəhbəri Rauf Arifoğlu rəqiblərini xeyli geridə qoymağa nail olub. Apardığımız sorğunun nəticələrindən də bu aydın görünməkdədir. Belə ki, bu dairədə keçirdiyimiz sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi Rauf Arifoğlunu özlərinin deputatı kimi görüblər.

34 saylı Xətai ikinci seçki dairəsi.


Bolgexeber.com saytının 34 saylı Xətai ikinci seçki dairəsində keçirdiyi sorğu da maraqlı nəticələri ilə diqqəti çəkib. Bir neçə məntəqəni əhatə edən sorğu zamanı respondentlər deputatlığa namizəd Gülər Əhmədovaya səs verəcəklərini açıqlayıblar. Belə ki, seçicilərin 72 faizinin rəyi Gülər Əhmədovanı yenidən deputat görməkdir.