BolgeXeber.Com » Şou-Biznes » ATV-də qalmaqal

ATV-də qalmaqal

17-03-2012, 18:35
Oxunub: 4 953 "Nadir Qafarzadə əjdaha olaraq qalacaq”

ATV-nin “Canlı səs” verilişinin aparıcısı Mirsalam Mirsalamovun çəkiliş zamanı populyar müğənni Nadir Qafarzadənin ünvanına səsləndirdiyi ittihamlara qarşı tərəf – müğənninin prodüsseri Ruslan Əliyev belə cavab verdi: “Xalq bilir Nadir necə oxuyur. Pis oxusaydı, heç kim onu şad günündə məclis aparmağa çağırmazdı. Mirsalamın Nadir bəyə qarışqa deməsi yersiz aqressiyasından irəli gəlir. Nadir əjdaha olub, elə də olacaq”. Prodüsser müğənninin proqrama qatılmamasına belə açıqlama gətirdi: “Mirsalamın “Nadir mənə Eltonla dueldən qorxuram” deməsi absurddur. Nadir heç vaxt canlı oxumaqdan qorxmayıb və Mirsalama əsla elə söz deməyib. Proqramdan ona təklif gələndə Nadir dedi ki, nəyə görə bizi çağırırlar? Bəs müğənni qurtarandan sonra kimləri çağıracaqlar. Qoy, fəxri ad daşıyanları çağırıb, onların canlı ifa bacarıqlarını da yoxlasınlar”.
Bu olaydan sonra Nadirin ATV kanalına qadağa ala biləcəyi barədə ünvanladığımız suala R. Əliyev “Nadir hər şeyi gözə alıb, o verilişdən imtina edib”-deyə, cavab verdi.