BolgeXeber.Com » Şou-Biznes » Polşa müğənnisi Sarı gəlin mahnısını ifa edib

Polşa müğənnisi Sarı gəlin mahnısını ifa edib

17-03-2012, 23:55
Oxunub: 5 079 Malvina Kusior: " Azərbaycan xalq musiqisinin zirvəsidir"

Azərbaycanın Polşadakı səfirliyi Novruz bayramı münasibətilə ziyafət təşkil edib. Ziyafətdə Polşa Prezidenti Administrasiyasının rəhbərliyi, nazirlər, deputatlar və başqaları iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov qonaqlara Novruz bayramının tarixi və xalqımızın bu bayrama verdiyi önəm barədə danışıb. Ziyafətdə Polşanın tanınmış müğənnisi və aktrisası xanım Malvina Kusior Azərbaycan dilində “Sarı gəlin” mahnısını ifa edib.
M.Kusior deyib: “Sarı gəlin” Azərbaycan xalq musiqisinin zirvəsidir. Mən onu sevə-sevə ifa etdim və Azərbaycan xalq musiqisinə valeh oldum.
Buna görə də gələcəkdə repertuarımı Azərbaycan xalq musiqisi nümunələrinin hesabına daha da genişləndirməyi düşünürəm”.