BolgeXeber.Com » Müsahibə-Reportaj » İlhamə Quliyevanın oğlundan ŞOK MÜSAHİBƏ: - “Sifariş edib ki, məni həbs etsinlər”

İlhamə Quliyevanın oğlundan ŞOK MÜSAHİBƏ: - “Sifariş edib ki, məni həbs etsinlər”

23-10-2015, 11:39
Oxunub: 4 602 İlhamə Quliyevanın oğlundan ŞOK MÜSAHİBƏ: - “Sifariş edib ki, məni həbs etsinlər”"O, il yarım ərzində bizə 45 min manatlıq ziyan vurub"

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Lent.az-a müsahibə verib. Orxan müsahibəsində anasının keçmiş köməkçisi Mehriban Hüseynova barəsində danışıb.


- Əvvəlcə onu deyim ki, bu mənim mətbuata ilk müsahibəmdir. Hər zaman mediadan kənar gəzmişəm. Bu mövzu barədə anam keçirdiyi mətbuat konfransında açıq danışdı. Mən nə danışım? Başqa qaranlıq məqamlar varsa, sual verin, cavablandırım.

- Mehriban Hüseynova açıqlama verib ki, onun barəsində yayılan videonun çəkilişi sizin və dostunuzun təzyiqi ilə olub.

- Yalan deyir. O video çəkilən zaman evdə bizdən başqa adamlar da olub. Əgər ona təzyiq görsətmişdiksə, o, niyə ayağa düşüb yalvarırdı? Yaxşı, bizə ona təzyiq göstərib, yazdırmışıqsa, bəs saxta vəsiyyətnaməni kimin təzyiqi ilə düzəltdirib? Dərmanlar alıb, anama verib. Bunları kimin təzyiqi ilə edib? Anamı xəstə salmağa onu kim məcbur edirdi ki?


- Nə zamandan düşündünüz ki, bu qadın sizin ailənizə qarşı düz hərəkətlər etmir?

- Düz 4-5 ay idi ki, bunu müşahidə edirdim. Görürdüm ki, özünü düzgün aparmır. Bakı balaca şəhərdir. Azdan-çoxdan insanın xəbəri olur. Dəfələrlə anama xəbər göndərirdim ki, bu xanımdan ehtiyatlı ol. Amma imkan vermirdi. Gördüm məsələ qəlizdir, özüm hərəkətə keçdim. Dostum Vüqar Bəkirova müraciət etdim ki, belə bir məsələ var, mənə köməyin lazımdır. Oturub söhbət etdik, dedim ki, Vüqar, bu adamı ələ keçirib, ifşa etmək lazımdır. İstəyimizi həyata keçirdik. Nəticə də göz qabağındadır.

Müsahibənin bu yerinə İlhamə Quliyeva qoşulur.


- Əslində Vüqara vurulmuşdu deyə, ona inanmışdı.

- Orxan bəy, İlhamə xanım açıqlama verdi ki, “Mehriban ananı bala ilə düşmən etmişdi”. İlhamə xanımla küsülü idiniz?

- Küsülü deyildik. Sadəcə, o qadın mənim ayağımı bu evdən kəsmişdi. Aramızda inciklik yaratmışdı. Tək mənim yox, bütün tanışlarımızın. Anamı da bizə qarşı dəyişdirmişdi. Hətta anama çox pis dərmanlar içirdirdi. Həmin dərmanlardan sonra halı pisləşirdi. Mehriban dostum Vüqara deyib ki, İlhamənin venasına hava buraxdırıb, onu ürəyindən öldürəcəm. Vüqar bizə gələndə gördü ki, anamın vəziyyəti pisdir. Dedi ki, bəlkə İlhamə xanımı həkimə göstərək. Mehriban da Vüqara təklikdə deyib ki, “niyə elə deyirsən həkimə get? Qoy tez ölsün də”. Əslində Mehribanın mənim dostum Vüqardan xoşu gəlirdi. Vüqar da bunu aldatmışdı ki, narahat olma, ikimiz əlbir olub, İlhamənin başına oyun açarıq. Ona görə də dostuma inanıb, ürəyini boşaldıb. Vüqar da onunla bir neçə dəfə şəhərdə görüşüb, çay içib. Həmin görüşlərdə də üstündə iki telefon gəzdirirmiş. Birini onun gözünün qabağında söndürürmüş ki, şübhələnməsin. Digər telefonunda isə diktofon qoşurmuş. Vüqara inandığına görə, bütün planlarını görüş zamanı danışırmış. Ona deyib ki, İlhamə ölən kimi maşının açarının sənə verəcəm, var-dövlətini də yarı böləcəyik.


- Mehribanın həyat yoldaşı Tofiq bəy açıqlama verib ki, İlhamə Quliyeva onun ailəsinə şər və böhtan atır?

- Onun deməyi ilə deyil ki... Əlimizdə faktlarımız var. Bu faktları istintaq orqanlarına da təqdim etmişik ki, dövlət tərəfindən hüquqi qiymət verilsin. Onun bizdə səs yazıları, videoları var.


- Mehriban Hüseynova sizə hədə-qorxu gəlib?

- Şəxsən üzbəüz etməyib. Amma qulağımla eşitmişəm ki, mənim barədə kiməsə zəng edib. Bu sifarişlərin də səsyazmaları dostum Vüqarda var. Dəfələrlə hədə-qorxulara məruz qalmışam.

- Sifariş etmişdi ki, sizə nə etsinlər?

- Sifariş edib ki, məni həbs etsinlər. İçəridə də öldürtdürsün. Bir neçə dəfə mənim arxamca maşınlar düşüb. Tanımadığım şəxslər güdüblər. Naməlum şəxslər dostumun qapısında da dayanmışdılar. Yəni bizim izimizə düşmüşdülər.


- İlhamə xanım mətbuata açıqlamasında bildirmişdi ki, Mehribanı həyat yoldaşı bıçaqlayıb. Mehribanın həyat yoldaşı Tofiq bəy isə bizə müsahibəsində bunu təkzib etdi.


- Bizdə səs yazıları var. Mehribanın özü bizə deyib ki, onu həyat yoldaşı Tofiq döyüb, bıçaqlayıb.

- İlhamə xanım deyir ki, evinizdən bir çox şeylər oğurlanıb.

- Onun evimizdən oğurladığı bütün əşyaları və maddi ziyanları hesablamışıq. O, il yarım ərzində bizə 45 min manatlıq ziyan vurub. Bunun cavabını verəcək. Məsələ ilə əlaqədar orqanlara müraciət olunub. İstintaq gedir. Biz dövlətimizin qanunlarına inanırıq. Düşünürəm ki, o, bu əməlləri tək başına etməyib. Məncə onun arxasında dayanan insanlar var. Bu zəncirvarı məsələlərdir. Bu, Mehribanın birinci gördüyü iş deyil. Ölkəmizdə bir neçə tanınmış ailələrin də başına oyun açıb. Pullarını oğurlayıb. Bizim ailəyə də çox bəlalar gətirib, hələ etmək istəyirdi də. Ancaq düşünmədi ki, daş qayaya rast gəlib. Anama qarşı etdiyi oyunlar baş tutmadı. Təəssüf olsun ki, Mehriban anamın səhhətini pis günə saldı. Hələ də həmin dərmanların izi var. Psixotrop dərmanlarla anamın səhhətinə böyük zərbələr vurub. Ən qəribəsi odur ki, o, bizim evimizdən gedən gündən anam elə bil dünyaya yenidən gəlib. Vəziyyəti düzəlməyə başlayıb.
Bolgexeber.com