BolgeXeber.Com » Xəbərlər » Azər Kərimli ilə Mahmudovun işbirliyi üzə çıxdı - Gizlinlər

Azər Kərimli ilə Mahmudovun işbirliyi üzə çıxdı - Gizlinlər

28-10-2015, 13:25
Oxunub: 4 032 Azər Kərimli ilə Mahmudovun işbirliyi üzə çıxdı - GizlinlərAzərbaycanın ictimai-siyasi elitasında populyar olmayan Azər Kərimli seçicilər tərəfindən boykot olunur

Bolgexeber.com xəbər verir ki, 112 saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 2000-2005, 2005-2010 və 2010-2015-ci illərdə Milli Məclisin üzvü olub.

Millət vəkili olduğu 15 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib.

Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır.

Cumhuriyyet.az faktlar əldə edib. Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb. Rayon İcra Hakimiyyətindən cumhuriyyet.az-a sızan məlumata görə, icra başçısı bu il keçiriləcək parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir.

Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb. Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir.

Qeyd olunur ki, Qax meşələrinin qənimi olan Azər Kərimli bu ağacları əsasən Rusiyanın silah zavodlarına ixrac edir. “Kalaşnikov” silahında istifadə olunan taxta materialın məhz bu ağaclardan olduğu bildirilir.

Mənbənin sözlərinə görə, A.Kərimlinin bu kimi strateji bir məsələdə təkbaşına olması imkansızdır. Həmçinin, Rusiyanın mühim strateji zavodları ilə əlaqə də bir deputatın imkanları xaricindədir.

Ona bu məsələdə bir neçə gün öncə vəzifəsindən azad edilmiş MTN şefi Eldar Mahmudovun yardım etdiyi bildirilir. Deyilənlərə inansaq, MTN şefi Azər Kərimlinin şirkəti üzərindən bu biznesə imza atıb.