BolgeXeber.Com » Sosial » C. Paşazadə son 5 ildə seçicilər üçün hansı işləri görüb?

C. Paşazadə son 5 ildə seçicilər üçün hansı işləri görüb?

26-10-2010, 17:50
Oxunub: 7 560



2005-ci ildə 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Ötən 5 il müddətində dairəni əhatə edən kənd və qəsəbələrdə ildə minimum 8-10 dəfə görüşlər keçirilmişdir.Görüşlərdə və edilən müraciətlərdə qaldırılan prolemlərin 90-95%-i öz həllini tapa bilmişdir.

Çox qısa şəkildə ötən 5 ildə görülmüş işlər:

-Dairənin Liman şəhərinə 250 kv.q.,Separadi kəndində 320 kv.q.,Boladı kəndində transformator verilmişdir.

-Separadi,Xıl və Boladı kəndində 4 ədəd müasir kompyuter dəsti verildi.
-Liman şəhərinin idmançı gənclərinin müraciəti əsasında “Liman” şəhərində idman kompleksinin tam yenidən qurulması barədə idman nazirliyi qarşısında qaldırılmış problem öz həllini tapmışdır.

Separadi kənd çox saylı titulu gənc idmançıların xahişlərini nəzərə alaraq “Gənclər və İdman Nazirliyinə”Millət vəkili tərəfindən məsələ qaldırılmış,nəticədə onlara 80 min manata yaxın güləş bölməsinə dair idman ləvazimatları verilmişdir.Hazırda 120 nəfər gənc güləşçilər bu sahədə 2 növbə məşq keçirilir.

-Bundan əlavə məşqdən sonra onlar üçün yeni duşxana yaradılmışdır.
-Uzun illər vəziyyətə düşən “Kənd bulağın” yeni tikintisinə 2 km kənd ara yolun cari təmirinə dəstək verilmişdir.

-Rayon mərkəzindən 25-30 km ucqar dağ Diryan ərazi vahidliyində Millət vəkilinin şəxsi təşəbüsü ilə “həkim-feldşer” və “həkim-mama” məntəqəsi tikilib istifadəyə verilmişdir.

-2009-cu ildə oktyabrda yağan güclü yağış təbii fəlakətlər yaratmış,nəticədə seçicilərin fərdi evlərinə çox ciddi ziyan dəymişdir.Bu məqsədlə 44 nəfərə Millət vəkili tərəfindən “tikinti” materialları verilmişdir.

-14 nəfər uzun illər həsrətində olan “Həc” ziyarətinə Millət vəkili tərəfindən gündərilib.

-Dairənin Vilvan,Separadi,Şağlaser və Xarxatan kəndlərində qazın verilməsini plana salmaq kimi Millət vəkili tərəfindən qaldırılan problem öz həllini tapmışdır.

-“Qəzvioba” kəndində 2 il qazsız olan 32 ailə üçün 700 metr qaz turbaya olan ehtiyac öz həllini tapmışdır.

-Qumbaşı kəndində “ATS”si Cil kəndində yeni məktəb tikintisinin plana salmaq və tikintisi öz həllini tapıb.

-Ötən çağırışda Cavanşir Paşazadə Dünya Azərbaycanlılarının gənclər təşkilatının apardığı sorğular nəticəsində “Qızıl Buta” mükafatına layiq görülmüşdür.

2010-cu il 4-cü çağırış Milli Məclisə namizədliyi,YAP tərəfindən verilib. Bu məqsədlə namizəd kimi dairənin Liman şəhəri, Nərimanabad qəsəbəsi, Boladı,Vilvan, Cil, Şağlaser, Separadi, Xarxatan, Zövlə, Türkoba, Mahmudavar, Xıl və Sərçuvar kəndlərində görüşlər keçirilmiş,seçicilər yüksək həyarətlə namizədi qarşılayıb vahid namizəd kimi ona səs verəcəklərini bildiriblər.