BolgeXeber.Com » Xəbərlər » Aslan İsmayılovdan AZAL rəhbərliyinə 3 sual...

Aslan İsmayılovdan AZAL rəhbərliyinə 3 sual...

28-10-2015, 17:12
Oxunub: 4 081 Aslan İsmayılovdan AZAL rəhbərliyinə 3 sual..."Əgər Abid Şərifovun məlumatı düzgün ifadə olunmamışdırsa nə üçün üstündən uzun müddət (4 gün) keçməsinə baxmayaraq bu cür kobud yalnışlığa heç bir rəsmi açıqlama verilməyib?"

Oktyabr ayının 23-ü Baş Nazirin müavini Abid Şərifovun Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında işlətdiyi "Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib” sözlərini bütün ölkə mətbuatı eyni mətndə (şərhdə) işıqlandırdı. Bununla bağlı 3 gün sonra "Bəs yerdə qalan 12 milyard hara gedib" adlı araşdırmamı (şərhdə) səhifələrimdə bölüşdüm.

Dünən isə məsələ ilə bağlı ‪AZAL‬ rəhbərliyi Minval.az saytında məlumat yayıb (şərhdə). Məlumatda bildirilir ki, mətbuat nümayəndələri tərəfindən Abid Şərifovun dedikləri yalnış başa düşülüb. Söhbət son 10 ildə 15 milyardın tək AZAL-a deyil, bütün nəqliyyat sahəsinə ayrılmasından gedirdi. Gec də olsa münasibət bildirdiklərinə görə birinci növbədə AZAL rəhbərliyinə təşəkkür edirəm və xahiş edirəm ki, imkan daxilində 3 sualımı cavablandırsınlar:

Birinci, əgər Abid Şərifovun məlumatı düzgün ifadə olunmamışdırsa nə üçün üstündən uzun müddət (4 gün) keçməsinə baxmayaraq bu cür kobud yalnışlığa heç bir rəsmi açıqlama verilməyib? İkinci, əgər onlar dediyi kimidirsə, onda təkcə AZAL-a son 10 ildə rəsmi nə qədər vəsait ayrılıb? Üçüncü, ayrılmış vəsait necə xərclənib?
Bu suallara cavab alsam AZAL rəhbərliyinin Azərbaycan Respublikası Prezidentinin son günlərdə dəfələrlə təkrarladığı ictimai nəzarətlə bağlı fikirləri ilə hesablaşdığını və bu istiqamətdə çalışdıqlarını başa düşərdim.
Bolgexeber.com