BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLAR

Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLAR

28-10-2015, 18:02
Oxunub: 8 891 Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLARHacıqabul rayonunda yeni uşaq bağçasının açılışı olmuşdur

Bolgexeber.com-un məlumatına görə 3600 kv metr sahəni əhatə edən uşaq bağçası 100 yerlik 4 qrupdan ibarətdir. Bağça il yarım bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilməyə başlamış və bu gün hacıqabulluların ixtiyarına verilmişdir. Bağçada bütün otaqlar yüksək səviyyədə uşaqların zövqünə uyğun bəzədilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Burada uşaqların əylənməsi, musiqi duyumlarının inkişaf etməsi, sağlamlıqları üçün hər bir şərait yaradılmışdır. Otaqlar istilik sistemi ilə təmin olunmuşdur. Bağçanın həyətində uşaqların dincəlməsi, əylənməsi üçün müxtəlif oyun attraksionları, fəvvarə quraşdırılmış, gözəl bəzək və gül kolları əkilmişdir.
Bolgexeber.com
Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLAR
Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLAR
Hacıqabulda “Fidanlar” uşaq bağçasının açılışı olmuşdur-FOTOLAR