Komitə sədri: ""Lexus" 2 min, BMW 4 min dollara ola bilməz"-VİDEO
28-10-2015, 19:35
Oxunub: 3 011
"Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri öz təsdiqini tapmayıb"
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
"Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni, "Lexus" 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır", - A.Əliyev bildirib.
O qeyd edib ki, DGK-nın yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər