BolgeXeber.Com » Dünya » Arvadı ilə dalaşdı, 5 şəhəri işıqsız qoydu

Arvadı ilə dalaşdı, 5 şəhəri işıqsız qoydu

24-03-2012, 11:45
Oxunub: 4 779 Braziliyanın San-Paulu şəhərində bir kişinin arvadı ilə dalaşması az qala faciə ilə başa çatacaqdı.

Sorocaba qəsəbəsində yaşayan 49 yaşlı rəssam Rejinaldu Dominges Roşa dostları ilə evə gəlib, yeyib-içib, keflənib. Onun arvadı da həmişəki kimi, bu məclisə deyinəndə ərlə arvad arasında dava başlayıb.

Bolgexeber.com xarici mətbuata istinadən bildirir ki, arvadından küsən Roşa 40 metr hündürlüyü olan yüksək gərginlikli elektrik ötürmə xətti dirəyinə dırmaşıb.
80 min voltluq cərəyanın keçdiyi naqillərin bağlandığı metal konstruksiyadan tutan Roşa özünü aşağı atacağını deyirdi.

Hadisə yerinə dərhal polis və yanğınsöndürənlər gəliblər. Onlar Roşanı 4 saat dilə tutaraq onu aşağı düşməyə çağırıblar. Küsmüş rəssamı elektrik cərəyanının vurub öldürməməsi üçün yerli elektrikpaylama şirkəti işıqları söndürüb.

Nəticədə San-Paulunun şərq hissəsində 4 kiçik şəhərcik - Capela do Alto, Ipero, Aracoiaba da Serra və Boituva - işıqsız qalıb və 600 min insan problemlərlə qarşılaşıb.

Bu zaman aşağıda duranlardan biri "Roşa, at özünü, at!" bağırdığı üçün polis həmin adamı həbs edib.
Roşa sonucda aşağı düşürülüb və xəstəxanaya aparılıb.