BolgeXeber.Com » Siyasət » Daşnakların lideri Bakıya gəlir

Daşnakların lideri Bakıya gəlir

25-03-2012, 12:20
Oxunub: 4 485 Aprelin 1-4-də Ermənistanın 10 nəfərdən ibarət nümayəndə heyəti Bakıda Avronest Parlament Assambleyasının iclasında iştirak edəcək.

"Avronest" PA-nın Təhsil və Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri Artak Zakaryan bildirib ki, nümayəndə heyətinin tərkibinə Vaan Ovannisyan (Daşnaksütun partiyasının lideri), Artak Zakaryan, Ara Nranyan, Lilit Qalstyan, Ovannes Saakyan, Aram Safaryan, Naira Zoqrabyan, Stepan Safaryan, Xaçik Arutyunyan və Manvel Badeyan daxildir. O, həmçinin qeyd edib ki, Ermənistan nümayəndələrinin təhlükəsizliyinə rəsmi Bakı deyil, "Avronest" zəmanət verir.
Zakaryan iclasda "Şərq tərəfdaşlığı" ölkələrində vətəndaş cəmiyyətinin inkişafı haqqında məruzə ilə çıxış edəcək. "Avronest"in bundan əvvəlki iclas Yerevanda keçirilib. İclasın işində Azərbaycan parlamentinin deputatlarından ibarət nümayəndə heyəti də iştirak edib (“Tuarn”).