BolgeXeber.Com » Siyasət » İlham İsmayılov seçicilər tərəfindən qəbul olunmur

İlham İsmayılov seçicilər tərəfindən qəbul olunmur

27-10-2010, 02:40
Oxunub: 5 764
Deputatlığa namizədin Salyanın Aşağı və Yuxarı Noxudlu, Çuxanlı, Baki-xələc kəndlərində görüş cəhdləri uğursuz nəticələnib

Bolgexeber.com-a daxil olan məlumata görə, 60 saylı Salyan- Neftçala dairəsindən deputatlığa namizəd Salyanının bir sıra kəndlərində görüşlər keçirməyə cəhd göstərmiş, lakin, bu gorüşlərdə uğursuz nəticələr əldə etmişdir. İsmayilovu Salyanda muşaiyət edən Molla Bayram onu Salyan rayonunun mürdəşirindən başqa kimsə ilə gorüşdürə bilməmişdir.

Çuxanlı və Baki-Xələcdə ancaq əmisi oğlu Muxtar və onunla bərabər digər iki nəfər İlham İsmayıovun görüşünə gəlmişlər ki, bu da 4-5 nəfərin piknik gəzintisindən başqa şeyə bənzəməz.

Məlumatda deyilir ki, onlar digər kənd sakinlərini də görüşə cəlb etməyə çalışsalar da çağırışları cavabsız qalıb: “Hətta, pul təklifləri belə, fayda verməyib. Ona görə də, İlham İsmayılov və yaxınları ictimai şəkildə biabır olmaqdan qurtulmaq üçün yeni üsul axtarırlar. Ümid yalnız mətbuatda qara piar texnologiyasına qalır.”

Aşağı və Yuxarı Noxudlu, Çuxanlı kəndlərində, ayrı-ayrı kənd sakinləri ona kəndə gəlməyinə görə qəti etirazlarını bildirmiş və onu kənddən qovmuşlar. Çıxılmaz vəziyyətə düşən İlham İsmayılov və adamları pərt vəziyyətdə geri qayıtmışlar.

Daxil olan məlumatlara görə, kecirməyə cəhd elədiyi görüşlərin hamısında seçicilərin qınağına tuş gələn adıçəkilən namizəd görüşlərə getməkdən birmənalı şəkildə imtina etdiyini bildirib.