BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev “KİV haqqında” Qanuna mühüm dəyişiklik etdi

İlham Əliyev “KİV haqqında” Qanuna mühüm dəyişiklik etdi

2-11-2015, 14:34
Oxunub: 2 837 İlham Əliyev “KİV haqqında” Qanuna mühüm dəyişiklik etdiDövlət başçısı sərəncam imzalayıb

Azərbayca Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncama əsasən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib:

“Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.