BolgeXeber.Com » Xəbərlər » Qazaxda şəhid övladından rüşvət tələb edilir-İTTİHAM

Qazaxda şəhid övladından rüşvət tələb edilir-İTTİHAM

3-11-2015, 10:37
Oxunub: 3 026 Qazaxda şəhid övladından rüşvət tələb edilir-İTTİHAMGənc xanım bələdiyyə sədri "peşəkarlığını" nümayiş etdirir...

Bolgexeber.com-un redaksiyasına Qazaxdan gələn məlumatda Qazax rayonunun Xanlıqlar bələdiyyəsinin sədri, Asiya Əhməd qızı Alıhüseynovanın şəhid övladından şirinlik adı ilə rüşvət istəməsi haqda məlumat daxil olub.Həmin məlumatı olduğu kimi təqdim edirik:
"Bu Qazaxda görünməyən hadisə kimi qiymətləndirilmir. Ona görə ki, nəinki şəhid ailəsindən, adi bir yoxsuldan da düzəlməyi mümkün olan bir işin düzəlməsində də pul istənilir.

Qazax rayonunun Xanlıqlar bələdiyyəsinin sədri, hələ ailə həyatı qurmamış Asiya Əhməd qızı Alıhüseynovanın tamahı isə Həzrəti Əlinin qılıncından da itidir. Bələdiyyə seçkisində saxta bülletenlərin “qönçəsi” hesab edilən Asiya Alıhüseynova həmin kəndin əhalisi demişkən: “uşaq olduğu yerdə göylə əlləşir”. Ötən gün isə hərbi hissələrin birində xidmətdən artıq qulluq edən, şəhid övladı İsgəndərov Pərvin Pərviz oğlundan verilən torpağın şirinliyi üçün 500 manat istəməsi biabırçılıqdır.Bu barədə şikayət xarakterli məlumatı verən Pərvin İsgəndərovun dayısı Etibar adlı şəxs olub.

Şəhidlik və qəhrəmanlıq anlayışlarını dərk etməyən xanım bələdiyyə sədrinin, deyəsən gözünü “qan örtüb”. Bəs onda görəsən, “Şəhidlik ən uca zirvədir!” deyərək millətində qəhrəmanlıq təcəssümü yaradan hökumət nümayəndələrimiz xanım bələdiyyə sədrinin belə istək və arzusuna necə baxırlar?"

Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
İlham Hacalı
Bolgexeber.com