BolgeXeber.Com » İqtisadiyyat » MTN işi: “Zaminbank” gizli pulları ölkədən çıxarıb

MTN işi: “Zaminbank” gizli pulları ölkədən çıxarıb

6-11-2015, 17:05
Oxunub: 3 957 MTN işi: “Zaminbank” gizli pulları ölkədən çıxarıbKeçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı xaricə külli miqdarda nağd vəsait çıxarmaqda hallandırılır.

Bolgexeber.com Müsavat.com-a istinadla xəbər verir ki, bu faktın aşkarlanması AZAL üçün də başağrısına çevrilib. Ölkədən gizli şəkildə pul çıxarılması prosesində bəzi bankların imkanlarından istifadə olunub. Belə banklardan biri də “Zaminbank”dır. “Yeni Müsavat” hələ 2012-ci ilin fevralında bu haqda yazıb.
2012-ci ildə Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. O vaxt saxlanılan şəxslərin Azərbaycanla əlaqələrinin olduğunu qeyd etmişdik.


Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır.
İndi məlum olur ki, bu cür miqyaslı korrupsiya işində “Zaminbank” niyə aparıcı skripka olub? Sən demə, bu bankın filiallarından birinin müdiri MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyevin qardaşıdır.
“Faiz çete”sinin ən böyük ofislərindən biri metronun “28 May” stansiyasının yaxınlığında yerləşib. Deyilənlərə görə, Azərbaycanda ölkədən 10 mindən yuxarı vəsaiti nağd çıxarmaq istəyən elə bir sahibkar yoxdur ki, yolu həmin ofisdən düşməsin.


Həmin ofisdən başqa dəstənin Bakıda daha 9, Gəncədə, Lənkəranda və Zaqatalada “regional” bölmələri fəaliyyət göstərib. Ölkədə bir çox məhsullar üzərində ciddi monopoliya olduğu üçün qeyri-rəsmi “puldaşıyan şirkət”ə müraciət edənlərin çoxu geyim, ətriyyat biznesi ilə məşğul olan topdan və pərakəndə satış məntəqələrinin sahibləri olub. Məsələn, “Binə”, “Sədərək” kimi ölkə əhəmiyyətli topdansatış obyektlərində çalışanlar əsasən Eldar Mahmudovun qeyri-rəsmi şirkətinin xidmətlərindən istifadə edirmiş.


Azərbaycan bankları nağd pul köçürmələri üçün bir neçə variant təklif edir. “Western Union”, “Migom”, “Zolotaya korona” və digər xidmətlərlə istənilən ölkəyə nağd şəkildə pul köçürmək mümkündür. Ancaq Milli Bankın qoyduğu limitə görə fiziki şəxslər bank köçürmələri vasitəsilə xaricə ən çoxu 3000 dollar vəsait köçürə bilər.