BolgeXeber.Com » Dünya » Yer qara dəliklə toqquşa bilər?

Yer qara dəliklə toqquşa bilər?

29-03-2012, 01:35
Oxunub: 4 352 Planetimizin kosmosdakı "qara dəlik"lərdən biri ilə toqquşmasının kompyuter modelini ABŞ və Almaniya alimləri hazırlayıblar.

Məlum olub ki, belə toqquşmanın fəsadları Yer üçün indiyədək düşünülənlərin tam tərsinə olaraq, fəlakətli olmaya bilər. Alimlər onu da vurğulayırlar ki, Yer əvvəllər də "qara dəlik"lə toqquşub.

İnsanlar "qara dəlik"ləri ən təhlükəli kosmik obyekt sayırlar. Belə dəliklərdən hətta işıq da çıxa bilmir. Ora düşən nə varsa, "hadisələr üfüqü" adlanan məkanda atomlara parçalanır.

Amerikalı alimlərin dediklərinə görə, Yerin "qara dəlik"lə toqquşmasında planetimizin məhv olmaması üçün bu dəliyin ölçüsü atom nüvəsi boyda, çəkisi isə orta böyüklükdəki asteroid qədər olmalıdır.

Bolgexeber.com bildirir ki, amerikalı və alman alimlərin araşdırmalarının nəticələri "arXiv.org" preprintlər saytında dərc olunub.