BolgeXeber.Com » Siyasət » Ərdoğan-Əhmədinejad görüşü başa çatdı

Ərdoğan-Əhmədinejad görüşü başa çatdı

29-03-2012, 15:40
Oxunub: 4 181 Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Mahud Əhmədinejad arasında görüş keçirilib.

Bolgexeber.com –un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, görüş 1,5 saat çəkib. Görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Mahmud Əhmədinejad mətbuat konfransı keçirməyiblər.

Qeyd edək ki, Rəcəb Tayüyib Ərdoğanla Mahmud Əhmədinejad arasında görüş dünən planlaşdırılsa da, İran prezidentinin özünü yaxşı hiss etməməsi səbəbindən bu günə təxirə salınıb. Dünən axşam Mahmud Əhmədinejadın Rəcəb Tayyib Ərdoğanın şərəfinə verəcəyi ziyafət də ləğv olunub. Görüşdə Suriya, İranın nüvə proqramı və PKK terror təşkilatı ilə mübarizənin əsas müzakirə mövzusu olduğu ehtimal edilir.
Rəcəb Tayyib Ərdoğan bu gün İranın dini lideri Əli Xamneyi ilə də görüşəcək.