BolgeXeber.Com » Dünya » “Müəllimə kimi işləməzdən əvvəl fahişə idim”

“Müəllimə kimi işləməzdən əvvəl fahişə idim”

30-03-2012, 01:35
Oxunub: 4 791 O isə işdən kənarlaşdırılması ilə bağlı qərarın ədalətsiz olduğunu bildirib

Bolgexeber.com "The Guardian"a istinadən bildirir ki, əvvəllər Meksikada yaşamış Petro 19 yaşında olanda bütün pulları qurtararkən striptizçilik etməyə başlayıb.
Sonra isə telefonla çağırış vasitəsilə "çalışan" fahişə olan Petro bu minvalla qazandığı pullarla "Antioch College"də təhsilini başa vurub.
2007-ci ildə fahişəlikdən əl çəkərək Nyu-Yorkun Cənubi Bronks səmtindəki ibtidai məktəblərdən birində dərs deməyə başlayan Petro əvvəlki "iş"i ilə bağlı bloqunda "xatirə"lərini yazırdı.
"Hər şey iki il əvvəl başlandı. "The Huffington Post" qəzeti üçün özüm və mənim kimi qadınlarla bağlı məqalə yazdım. Həmin məqaləni "New York Post" qəzeti "Mən köhnə fahişəyəm" başlığı ilə dərc etdi. İşimi itirdim. Müəllimə kimi işləməzdən əvvəl fahişə idim. Hə, nə olsun?! Həqiqət budur ki, Amerikada mənim kimi çox qadın var", - Petro deyib.