Binəqədidə bineyi-qədimdən olmayan problem... - Bu gün baş verənlər dərəbəylikdir
9-11-2015, 13:56
Oxunub: 2 711
"Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməlidir"
Tanınmış vəkil Aslan İsmayılov Feysbuk-da maraqlı status paylaşıb. O, Binəqədinin icra başçısının hərəkətlərinin reketlik olduğunu bildirib.
Bolgexeber.com dia.az-a istinadən A.ismayılovun yazısını təqdim edir:
"Son vaxtlar mətbuat hər gün icra başçıları tərəfindən hansısa tikilinin sökülməsindən yazır. Həmin tikilinin başa gəlməsinə pul xərclənməsini, zəhmət çəkilməsini isə heç kim hesaba almır. Hər yeni gələn başçı köhnənin sərəncamını tanımadığını deyir və öz şərtlərini irəli sürür, sanki ölkədə qanun yoxdur. Hamı da bilir ki, söhbət tikilinin qanuni və ya qanunsuz olmasından getmir. Söhbət sözün əsl mənasında reketçilik yolu ilə pul qopartmaqdan gedir. Son günlər Binəqədinin icra başçısı dörd mərtəbəli binanın qanunsuz tikildiyini bütün ölkəyə elan etdi. Bunun yalan olduğunu hamı bilir, çünki icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoymağın mümkünsüz olduğu bəllidir.
Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməlidir.
Bu gün baş verənlər isə dərəbəylikdir. Hələ ki, insanlar özlərinə sui qəsd edir.
Allah sonrasından qorusun".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər