BolgeXeber.Com » Şou-Biznes » “Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)

“Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)

12-11-2015, 20:09
Oxunub: 8 868 “Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)Roza Zərgərli Aygün Kazımovanın onu “Şıntıramella” adlandırmasına münasibət bildirib

Müğənni Teleqraf.com-a açıqlamasında son zamanlar xoşagəlməz sözlərlə tez-tez qarşılaşdığını deyib: “Aygün Kazımova “Şıntıramella” deyib. Mənim adım Roza Zərgərlidir. Onun yeni adı mübarək, tanışlığımıza şadam. Orada tək Aygün xanımın yox, çox adamın adı çəkilmişdi. Mənim klipimdə açıq-saçıqlıq yox, peşəkar aktyor oyunu, rejissor işi var. Onun ətrafında olan insanlardan bəziləri Aygün xanımın mənim haqqımda danışdığını deyirlər. Amma mən heç vaxt kiminsə sözünə inanmamışam. Bu məsələyə gəlincə zəng edib deyə bilər ki, Roza, problem nədir? Ətrafındakılar zəng edib deyirlər ki, “diva” əsəbləşib, sözünü yığışdır! Məgər mən başqa dövlətdə yaşayıram, yoxsa Azərbaycan dilini bilmirəm? Azərbaycan dilində “Şıntıramella” adı yoxdur, əgər belə bir ad icad edibsə, bu onun öz adıdır.
“Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)
Mənim klipim pornoqrafiya, erotikadırsa, onun çəkdirdiyi kliplər nədir? Mən xarici qaradərili oğlanla deyil, Azərbaycanın ən gözəl oğlanı ilə klip çəkdirmişəm. Dünya onluğunda 10 yaraşıqlı Azərbaycan oğlanından biridir, dostumuzdur. Xaricilərlə – türklərlə, özbəklərlə klip çəkdirmişəm, amma artıq-əskik hərəkətlər olmayıb. Sadəcə, aktyor oyununda açıq-saçıq səhnələr olub”. Dünən R.Zərgərli klipi ilə bağlı tənqidlərə cavab verərkən A.Kazımovanın ünvanına “Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, bu, pornoqrafiya deyil?” sözlərini demişdi.

“Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)
“Şıntıramella Aygünün özüdür” – CAVAB(VİDEO,FOTO)