BolgeXeber.Com » Xəbərlər » Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar

Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar

16-11-2015, 11:14
Oxunub: 13 941 Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - FotolarAvtomobilin sahibi bilsə ki, güclü zərbədən avtomobilin ön hissəsi tam dağılacağı halda təhlükəsizlik yastıqlarının heç biri rolu olmayacaqsa belə zavod qüsurlu avtomobili satın almaz

Mingəçevir sakini Bolgexeber.com-un redaksiyasına şikayət məktubu göndərib. Taleh Zülfüqarlının sözlərinə görə, idarə etdiyi dövlət nömrə nişanlı 90 LE 206, 2011-ci il buraxılışlı “Hyundai-Elentra” maşını qəzaya uğrayıb. Hadisə bu il sentyabrın 1-də olub.

Yevlax-Bakı-Şamaxı yolunun 249-cu kilometrliyində qarşı tərəfdən gələn digər sedan tipli avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobilin ön hissəsi tam yararsız hala düşüb. Sürücü bildirir ki, avtomobildə olan təhlükəsizlik yastıqlarının heç biri açılmayıb.

Şikayətçi qeyd edir ki, avtomobil "Hyundai-OTO Plaza" satış mərkəzinin salonundan alınıb. Avtomobilin satınalınması zamanı ona zəmanət kartı da verilib.

T.Zülfüqarlı söyləyib ki, təhlükəsizlik yastıqları qüsurlu olduğundan funksiyası aktivləşməyib: Zavod qüsuru olan avtomobilin sahibi məsələnin araşdırılması üçün Nərimanov rayon məhkəməsinə müraciət edib.

Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun icraatında Hyundai-Sonata markalı avtomobilin sahibi, Şəki rayon sakini İsmayılov Elşən Etibar oğlu da İsmayıllı-Qaraməryəm-Şəki yolunun 95-ci km-də düşdüyü qəza nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açılmaması müzakirə edilir.

Hadisə zamanı avtomobil tam yarasız vəziyyətə düşmüşsə də Hyundai-avto Azərbaycan MMC-nin rəhbərliyi iddiaya qarşı etiraz yazaraq təhlükəsizlik yastıqlarının açılmamasını avtomobilin az zədlənməsilə izah edib.

Halbuki avtomobildə olan ailə üzvləri qadın və uşaq ciddi bədən xəsarəti alıblar. Şirkətin məhkəməyə təqdim etdikləri etirazdan isə bəlli olur ki, belə yüngül qəzalarda avtomobil özünü belə də göstərməli imiş. O zaman təbii sual ortalığa çıxır: bəs nəyə görə Azərbaycan istehlakçısı bir özünün və ailəsinin təhlükəsizliyinin qorunacağına ümid edib arxayınlıqla sürəti artırır?

Avtomobilin sahibi bilsə ki, güclü zərbədən avtomobilin ön hissəsi tam dağılacağı halda təhlükəsizlik yastıqlarının heç biri rolu olmayacaqsa belə zavod qüsurlu avtomobili satın almaz.

Vətəndaş bilir ki, o və ailəsi həyata bir dəfə gəlir və ona verilmiş ömürü hər bir şəxs arzulayır ki, sağlam və mənalı yaşasın. Bəli, son vaxtlar Azərbaycanın müxtəlif yerlərində belə hadisələrin sayı artmaqdadır.
Bolgexeber.com
Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar
Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar
Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar
Maşını qəzaya uğrayan vərtəndaş “Hyundai Azərbaycan”dan şikayət edir-"Təhlükəsizlik yastıqları açılmayıb" - Fotolar